Əfv Məsələləri Komissiyası işini bərpa edir
Fevralın 16-dan prezident yanında Əfv Məsələləri Komissiyasının iclası bərpa olunur. Bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
Onun sözlərinə görə, iclaslar videokonfrans formatında keçiriləcək.
Bundan öncə bir sıra hüquq- müdafiə təşkilatları ölkə prezidentinə müraciət edərək bir qrup məhkumun, o cümlədən siyasi məhbusların əfv edilməsinə çağırıb.