Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən açıqlama
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
Nazirlikdən bildirilib ki, yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.