Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
Televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran Hüseynov feysbuk hesabında Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayevanın xəstəxanaya yerləşdirilməsi haqqında paylaşım edib.
Hacı Nuran Hüseynov feysbuk hesabında bunları yazıb:
“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı – Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə də olaraq xəstəxanaya yerləşdirdik”.
Bildirək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayevin ölümündən sonra Əməkdar artistin sağlıq durumunda problemlər yaranmışdı.
Dəyərli sənətçimizə Tanrıdan sağlamlıq diləyirik.