Ərdoğan mesaj verdi : Hədəfimiz Qəndildir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrora qarşı mübarizə çərçivəsində atılan addımlardan danışarkən bildirb ki, bu günə qədər çox Nurəddin Sofilər öldürdük. Hədəfimiz indi Qəndildir, onları çökdürməyimiz lazımdır.
Bildirək ki, PKK-nın əsas liderlərindən olan “Sofi Nurəddin” kod adlı terrorçu 1990-cı ildən PKK-ya qatılmışdı. O, yüzlərlə günahsız türkün öldürülməsinə görə günahkardır. Türkiyə dövləti onu İnterpol vasitəsilə axtarışa vermişdi.
Milli Kəşfiyyat İdarəsi (MİT) və Türk Silahlı Qüvvələrinin (TSK) birgə əməliyyatı sayəsində terrorçu İraqın Qəndil dağlarında məhv edilib.