Ərsin Tatardan qəti mövqe: Türkiyə ordusu Kiprdən çıxmayacaq
Quzey Kipr Türk Cümhuriyyətinin Baş naziri Ərsin Tatar qəti şəkildə bildirib ki , Türkiyə ordusu Kiprdən çıxmayacaq.
“Güney Kipr-Afina cütlüyü ilə BMT və Avropa İttifaqının (Aİ) Türkiyənin qarant rolunun ləğv edilməsi, türk əsgərlərinin Şimali Kiprdən çıxarılması və ittifaqın Şimali Kiprdə təhlükəsizliyi təmin etməsi tələbi indi daha yaxşı anlaşılır. Ancaq dünya bunu bilməlidir ki, Türkiyənin qarant rolu ləğv edilməyəcək, türk əsgəri Kiprdən çəkilməyəcək və Kipr Qəzza olmayacaq”, – deyə Tatar bildirib.