“0 avro” fantastik layihəsi çərçivəsində növbəti seriya – “Şuşa”

“0 avro” fantastik layihəsi çərçivəsində növbəti seriya 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərə həsr edilib.

Layihənin ideya müəllifi kolleksiyaçı Balamirzə Cavadovdur.

Əldə etdiyimiz məlumata görə, “sıfır avro” kolleksiyaçılar üçün nəzərdə tutulub və heç bir qiymət ekvivalenti yoxdur. Sadəcə olaraq, kolleksiyaçılar arasında dəyərə sahibdir. “0 avro”nun üzərində “Şuşa” yazılıb. Eyni zamanda, Qarabağ atı və Xarıbülbül təsviri yer alıb.