133 saylı marşrut kart sisteminə keçdi

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Realliq.TV bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlmat verilib.

İyunun 1-dən 133 saylı marşrut xətti (Binəqədi qəsəbəsi – Gənclik m/s ) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə Gülməmməd Ramazanov küç., Mərkəz Binəqədi, Binəqədi 2ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr.104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı OBA marketlərdə BakıKart balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.