184 saylı marşrut xətti də kart sisteminə keçir

 Bakıda 184 nömrəli marşrut xətti ( “Ulduz” m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.