“2015 KJ19” adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək
NASA-nın internet səhifəsinin yazdığına görə Xeops piramidasının hündürlüyündən böyük “2015 KJ19” adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək.
Realliq.tv bildirir ki, o qədər də təhlükəli olmadığı deyilən asteroidin diametri 88-200 metr aralığında qiymətləndirilib. Qeyd edək ki, Xeopsın hündürlüyü 147 metrdir.
Asteroidin mayın 14-də Bakı vaxtı ilə 14.04-də Yerə minimum yaxınlığından – təxminən Aya olan 15 qat məsafədən keçəcəyi gözlənilir.