30 ildən sonra Quzey Kipr Türk Cümhuriyyətinə su verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Quzey Kipr Türk Cümhuriyyətinə su nəqli tunelinin açılışı olub.
Rəcəb Tayyib Ərdoğan deyib : ” 30 ildir Quzey Kipr su qıtlığı yaşayırdı. Bu problemi həll etmək üçün Türkiyədən içmək və suvarmaq məqsədilə su nəql edilməsi gündəliyə gəldi. Dənizin altından, 250 metr dərinlikdən Türkiyədən Quzey Kiprə xətt çəkilib. Su kəmərinin uzunluğu 5,7 km-dir. Kəmərin tikintisinə 2020-ci il yanvarın 20-də başlanılıb. Bu günə kimi Quzey Kipr əhalisi yeraltı qaynaqlardakı sulardan istifadə edib. Həmin suya dənizin suyu da qarışdığından sakinlər əziyyət çəkirmiş”.