Türkiyə Azərbaycana “MEMATT”markalı daha 5 mexaniki minatəmizləmə texnikası göndərib
Türkiyənin Milli Müdafiə nazirliyi məlumat yayaraq bildirib ki, Türkiyə Azərbaycana “MEMATT” markalı daha 5 mexaniki minatəmizləmə texnikası göndərib.
“Beş ədəd mexaniki minatəmizləmə texnikası qardaş ölkə Azərbaycana təhvil verildi. Türkiyədə təlimləri tamamlayan Azərbaycan hərbçilərinə sertfikatlar da təqdim edildi. Yeni texnikalar can Azərbaycana xeyirli olsun”, – nazirlikdən bildirilib.