Dövlət Yol Polisi İdarəsi cənub bölgəsindən Bakıya gələn sürücülərə müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Formula 1″ Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
Müraçiətdə bildirilir ki, cənub bölgəsindən paytaxtın mərkəzinə doğru və ya aeroport istiqaməti, Buzovna, Mərdəkan istiqamətində hərəkət edən sürücülərə tövsiyə edirik ki, Lökbatan dairəsindən III kənar dairəvi yolla Yasamal rayonu ərazisinə keçərək istənilən istiqamət üzrə hərəkət etməyə üstünlük versinlər.