44 günlük Vətən müharibəsi qazisinin atasına DİN-də yüksək vəzifə verilib
44 günlük Vətən müharibəsi qazisi Musa Qasımzadənin atası – polis mayoru Qubad Qasımov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Bildirək ki, Prezident İlham Əliyevin qazimiz sərəncamı ilə Musa Qasımzadə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.