Fibroz ,Artroz ,Varikoz,Psoriaz,Radikulit kimi xəstəliyindən əziyyət çəkən vətəndaşımıza tibb müəssisələrində kömək edilmir
Bu gün Realliq.TV-nin saytına Bakı şəhəri Fətəli Xan Xoyski kuçəsi 123, mənzil 27 ünvanında yaşayan Mirzəli Yalçın Yaşar oğlu tərəfindən xəstəliyi ilə bağlı müraciət daxil olub.
Mirzəli Yalçın Yaşar oğlunun müraciətinin səbəbi uzun müddətdir fibroz , artroz , varikoz, psoriaz, radikulit kimi xəstəliyindən əziyyət çəkməsi və xəsyəliyin müalicəsi üçün maddi imkanının olmaması, müraciət etdiyi bir sıra qurumlardan isə müraciətinə cavab verilməməsidir.
Öncədən bildirək ki, bu xəstəliklər olduqca ağıq fəsadları və ağrıları olan xəstəliklərdir. Yazımızn soninda bu xəstəliklərlə bağlı qısa bilgi veriləcək.
Mirzəli Yalçın Yaşar oğlunun sözlərinə görə, xəstəliyində əsas ağrıları ağ ciyərləri (Fibroz xəstəliyi ) və sümüklərindədir (Artroz xəstəliyi) .
Mirzəli Yalçın Yaşar oğlu bildirir ki, qeydiyyatda olduğu Nərimanov rayonunda bir sıra qurumlara, o cümlədən 8 saylı Şəhər Poliklinikasına müraciət edib. Müraciətinə cavab olaraq vətəndaşa bildirilib ki, poliklinikada xəstəliyin müainsi üçün gərək olan tibbi avadanlıqlar və dərmanlar yoxdur. Özəl xəstəxanalara müraciət edilməlidir. Lakin vətəndaşın özəl xəstəxanalarda tibbi müainədən keçməyə, eyni zamanda, müalicə üçün gərəkli olan dərmanları almağa maddi imkani olmayıb.
Daha sonra Mirzəli Yalçın Yaşar oğlunun Respublika Dəri-Zöhrəvi Dispanserinə qəbulu üçün 8 saylı Şəhər Poliklinikasından tibbi arayış verilib. Ancaq Respublika Dəri-Zöhrəvi Dispanserindən Yalçın Yaşar oğluna bildirilib ki, hazırda dispanserdə boş yer olmadığından qəbul mümkün deyil.
Mirzəli Yalçın Yaşar oğlu bildirir ki, müraciətdən bir aydan artıq keçməsinə baxmayaraq, hələ də onun Dispanserə qəbulu baş tutmayıb.
Mirzəli Yalçın Yaşar oğlunun dediyinə görə, ona bildirilib ki, xəstəliyin müalicəsi üçün gərəkli olan dərmanlar dövlət tərəindən verilmir, dərmanları vətəndaşın özü almalıdır. Onun isə həmin dərmanları almağa heç bir maddi imkanı yoxdur.
Sonda Mirzəli Yalçın Yaşar oğlu saytımız adından gərəkli qurumlara və imkanlı şəxslərə müraciət edərək xəstəliyinin müalicəsi ücün kömək istəyib.
Biz də bu məsələ ilə bağlı gərəkli qurumlara ,eyni zamanda, imkanlı şəxslərə müraciət edərək Mirzəli Yalçın Yaşar oğluna yardım etməklərini xahiş edirik.
Mirzəli Yalçın Yaşar oğluna yardım etmək istəyənlər vətəndaşın özünə aid olan telefon nömrəsi ilə əlaqə saxlaya və ya vətəndaşın bank hesabı vasitəsi ilə yardım edə bilərlər.
Mirzəli Yalçın Yaşar oğluna aid bank hesab nömrəsi :
Unibank hesabı : 5243-7544-1082-4807 ( kartın bitmə tarixi 10/24 )
Telefon: 70 664 60 10
Yardımınızı əsirgəməyin.
Sonda bildirək ki, müraciətlə bağlı səsləndirilən fikirlərə görə Reallıq.TV saytı məsuliyyət daşımır. Mövzu ilə bağlı adı keçən qurumların mövqelərini də dərç etməyə hazırıq.
PS : Mirzəli Yalçın Yaşar oğlunda baş verən xəstəliklər barədə qısaca tanış ola bilərsiniz:
Fibroz xəstəliyi – tənəffüs və həzm sistemlərinə ciddi ziyan vuran ciddi bir genetik bir vəziyyətdir. Bu ziyan ümumiyyətlə orqanlarda qalın, yapışqan selik qurması nəticəsində yaranır. Ən çox təsirlənən orqanlar bunlardır: ağciyər, qaraçiyər, bağırsaq, pankreas
Artroz xəstəliyi – sümük zəstəliyinin bir növüdür. Artroz qığırdaq toxumasının müxtəlif səbəblərdən zədələnməsi, quruması, səthinin kələ-kötür və çat-çat olmasıdır. Əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir.
Varikoz xəstıliyi – vena genişlənməsi ya Varikoz genəlmə venaların genişlənərək divarının nazikləşməsi, elastikliyini itirməsi ilə əlaqəli venoz sistemində rast gəlinən patoloji prosesdir.
Psoriaz xəstəliyi— əsasən dərinin zədələnməsiylə müşahidə olunan mürəkkəb xronik qeyri-infeksion xəstəlikdir.
Radikulit xəstəliyi -fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Güclü və dözülməz ağrı ilə özünü büruzə verən bu xəstəlik 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun defarmasiyası və yırtıqları nəticəsində əmələ gəlir.
Vətəndaşın xəstəliklə bağlı tibbi sənədləri