8 yaşlı Məhəmmədin xalqa müraciəti – Hər yerdə Pakistan bayrağı da asılsın
Bakı şəhəri 95 saylı orta məktəbin şagirdi 8 yaşlı Rəhimli Məhəmməd İkram oğlu bu gün rastlaşdığı bir mənzərəyə görə xalqa müraciət etmək üçün redaksiyamıza bir neçə cümlədən ibarət məktub ünvanlayıb. Balaca Məhəmməd yazır: “Bu gün Azərbaycan bayrağı ilə yanaşı, qardaş Türkiyənin bayrağı da şəhərimizin bir çox yerlərində asılıb. Mən buna sevinirəm. Amma digər qardaşımız olan Pakistan ölkəsinin bayrağı çox yerlərdə onlarla yanaşı görünmür. Ona görə, Doğma Qarabağımızın işğaldan azad olunması üçün apardığımız Vətən müharibəsində bizə dəstək olan Pakistan dövlətinin də bayrağının hər yerdə asılmasını istəyirəm”.
8 yaşlı Məhəmmədin haqlı istəyinə hörmətlə yanaşılacağına inanırıq və biz də redaksiyamızda üç qardaş dövlətin bayraqlarını asmaqla gələcəyi parlaq övladımıza dəstək nümayiş etdiririk.
Hazırladı: Rəna