AB-nin baş diplomatının Ermənistan və Azərbaycanla bağlı bəyanatı
AB-nin baş diplomatı Jozep Borrellin adından bəyanat yayılıb. Bəyanatda deyilir: “Avropa Birliyi Ermənistan və Azərbaycan arasında sərhəddə baş verən həyəcanverici olayları diqqətlə izləyir “.
Bu barədə AB-nin baş diplomatı Jozep Borrellin adından yayılan bəyanatda bildirilib.
“Avropanın xarici siyasət xidmətinin baş katibi Stefano Sannino mənim adımdan ötən gün Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan və bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla danışdı, hər iki tərəfi eskalasiya situasiyasını azaltmağa çağırdı”, – Borrellin bəyanatında bildirilib.
“Sərhədin delimitasiya və demarkasiyası danışıqlar yolu ilə və yerli əhalinin təhlükəsizliyinə uyğun həll edilməlidir. Biz texniki baxımdan iki ölkə arasında davam edən əlaqəni alqışlayırıq!” – bəyanatda vurğulanıb.