ABŞ-da növbəti atışma: yaralılar var

ABŞ-ın Filadelfiya ştatındakı Templ Universitetinin şəhərciyi yaxınlığında baş verən atışmada beş nəfər yaralanıb.

Reallıq Tv. xəbər verir ki, bu barədə “CBS Philly” polisə istinadən məlumat verib.

Məlumata görə, yaralılardan üçünün vəziyyəti ağırdır.

Qeyd olunur ki, 28 yaşlı kişi 14, 20 yaşlı qadın isə yeddi güllə yarası alıb. 50 yaşlı kişi sinəsindən güllə yarası alıb.

Digər zərərçəkənlərin vəziyyəti sabitdir.