ABŞ ordusu Özbəkistan və Tacikistanda ?

      ABŞ-ın “Vol Strit Jurnal” ı  ABŞ- ordusunun Əfqanıstabdan çıxarılaraq Mərkəzi Asiyada – Özbəkistan və Tacikistanda yerləşdirilə biləcəyi haqqında yazı dərc edib. 

       “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə əsasən yazıb: .

       “ABŞ-a bazalar hərbçilər üçün yox, həm də PUA-lar, bombardmançılar və artilleriya üçün lazımdır ki, Talibanın qarşısını almaq mümkün olsun. ABŞ hökuməti və Pentaqonda Əfqanıstanla qonşu Mərkəzi Asiya, Fars körfəzi ölkələrində və Hərbi Dəniz Qüvvələrinin ayrıca gəmilərində qoşunların yerləşdirilməsi variantı müzakirə edilir” . 

ABŞ-ın Mərkəzi Asiyada stabilliyin saxlanmasında maraqlı olduğunu bildirən qəzet Vaşinqtonun bölgədə Rusiya və Çinə qarşı balans yaratmağı planlaşdırdığını qeyd edib. 

Bununla yanaşı, ola bilsin ki,  ABŞ bu addımı ilə Türkiyənin də Mərkəzi Asiyada güclənən mövqelərini anladığı üçün, qoşunlarının yerdəyişməsində Türkiyə faktorunu da nəzərə almasıdır.