Abşeron Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 saylı tam orta məktəbində araşdırma aparılıb.
Nazirlikdən Realliq.TV -yə bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.