Açıq havada maskadan istifadənin ləğv ilə bağlı qaydalar hazırlanır
TƏBİB-in Departament müdiri Yaqut Qarayeva bildirib ki, yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.
Yaqut Qarayeva bildirib ki, bununla bağlı qaydalar hazırlanır:
“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.