Albert Eynşteynin əlyazma məktubu 1,2 milyon dollara satılıb

Dünyanın ən məşhur alman fiziki Albert Eynşteynin əlyazma məktubu ABŞ-da 1,2 milyon dollara satılıb.

Auksionu təşkil edən “RR” hərrac evindən verilən açıqlamaya istinadən xəbər verir ki, alimin ən məşhur tənliyi olan E = mc² düsturunu ehtiva edən məktubu gözləniləndən 3 qat yüksək qiymətə satılıb.

Eynşteynin 1946-cı il oktyabrın 26-da amerikalı fizik Lüdvik Silberşteynə göndərdiyi məktubu xüsusi bir kolleksiyaya aid yeganə nümunə olduğu qeyd edilib.

İlk dəfə 1905-ci ildə elmi bir jurnalda dərc olunan və fizikadakı kütlə-enerji ekvivalentliyini izah edən düstur müasir fizikanın əsas konsepsiyası olaraq qəbul edilir.

Albert Eynşteyn fizika və riyaziyyat sahəsində fəaliyyətinə görə 1921-ci ildə Nobel mükafatını alıb.