Aleksandr Lukaşenkonun növbəti Rusiya səfəri və ya 3 görüşün sonunda göydən 3 alma düşəcəkmi?

        Rusiya mətbuatının yaydığı məlumata görə Belarus Prezidenti Aleksandr Lukaşenko mayın sonuna qədər  Rusiyaya səfər edəcək.

        Bildirilir ki,  Aleksandr Lukaşenko  Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

    Qeyd edək ki, bu, Lukaşenkonun ilin başlanğıcından bu yana Rusiyaya gerçəkləşdirəcəyi üçüncü səfər olacaq.

       Prezidentlərin 5 ayda 3 görüşü ( mayda görüşəcəklərsə ) ondan xəbər verir ki,  ya Putin Lukaşenkodan istədiyini ala bilmir, ya da Kukaşenko Putinədən. Üç görüşün sonunda göydən üç almanın düşəçəyi ehtimalı isə böyükdür. Ancaq o almaların ya biri Rusiyanın, biri Belarusiyanın, biri isə Avropanın – dolayısı ilə Amerikanın olacaq, ya hər üçü Rusiyanın olacaq, ya da biri Avropanın, biri Amerikanın, biri isə Belarusiyanın olacaq.  Ən son variant isə daha məqsədəuyğundur. Rusiyanın get-gedə itirməsi həm Belarusiya üçün, həm də elə bizim üçün olduqca önəmlidir.