ANAMA

ANAMA-nın keçən həftəyə olan hesabatı

   ANAMA tərəfindən mayın 10-dan 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış işləri aparılıb.

    Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA )  Realliq TV-yə bildirilib ki, verilən məlumata görə,  aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

   Nəticədə 1 395 186 m² (139.5 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.