“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələ

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Realliq.Tv bildirir ki, əlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.