Armen Abazyan Ermənistanın TŞ-nın iclasına Kolumbiyanı təmsil etdi
Erməni mediasıyaydığı xəbərə görə Ermənistanda Təhlükəsizlik Şurasının iclasına qatılan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanın qolundakı erməni bayrağı tərs formada olub.
Nəticədə Abazyanın iclasda Ermənistanı deyil, Kolumbiyanı təmsil etməsi görüntüsü yayılıb. Maraqlıdır ki, Abazyanın yanında oturan baş qərargah rəisi Artak Davtyan, iclas iştirakçıları da bu barədə onu xəbərdar etməyib.
Üstəlik, həmin fotolar Nazirlər Kabinetinin rəsmi səhifəsində paylaşılıb və lağ mövzusuna çevrilib.