Artıq “arsax” Ermənistan Respublikasının seçki dairəsi hesab edilmir – Ermənistanın keçmiş naziri Mesrop Arakelyan

“İndi Ermənistanda bəziləri nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq üçün, bəziləri hakimiyyəti ələ keçirmək üçün, bəziləri isə kresloya nail olmaq üçün mübarizə aparır. Bununla əlaqədar bildirirəm ki, mən növbədənkənar parlament seçkilərində iştirak etməmək barədə qərar qəbul etmişəm”.

Realliq.TV bildirir ki, bu sözləri Ermənistanın keçmiş naziri Mesrop Arakelyan Ermənistanda 20 iyunda baş tutacaq növbədənkənar parlament seçkiləri ilə bağlı danışarkən deyib.

 Mesrop Arakelyan bildirib ki, Ermənistan vətəndaşlarını çox çətin seçim gözləyir. Onlar dövləti məhv etmək üçün əlindən gələni edənlər arasında ölkə rəhbərliyini seçməlidirlər. Ermənistanda istisnasız olaraq bütün namizədlər qaranlıq keçmişə malikdir.

Onun sözlərinə görə, ermənilər uzun illər öz ölkələrinə zülm edənlər, hamının zəhləsi getdiyi bir dövlətə çevirənlər, siyasi dəlilikdən əziyyət çəkənlər, 30 il ərzində öz günahlarını qəbul etməyənlər arasında seçim etməli olacaqlar:

“Təsəvvür edin ki, artıq “arsax” Ermənistan Respublikasının seçki dairəsi hesab edilmir. Burada nə barədə danışmaq olar? “