ATƏT-in Minsk qrupu həmsədrlərinin açıqlaması

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Andrew Shofer – ABŞ) çərşənbə axşamı aşağıdakı açıqlamanı verdilər:

“Həmsədrlər fevralın 16-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ayrı-ayrı videokonfranslar təşkil etdilər. Telefon danışıqlarında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT Sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə bağlı məsələlər ətrafında əsaslı fikir mübadiləsi apardılar”.