Ata Abdullayev bu şəxsləri şantaj edib – Siyahı

Xəbər verdiyimiz kimi, həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Ata Abdullayevin kimlərdən hədə-qorxu yolu ilə pul tələb etdiyi məlum olub.

Ata Abdullayev tərəfindən şantaja məruz qalan şəxslərdən biri Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi Həsənov Şahlar Şahmar oğlu, digəri isə Gənclər və İdman nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.

Qeyd edək ki, Babayev Cəmil Alim oğlu və Əliyev Elçin Qulamağa oğlu da cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, A.Abdullayev hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.