AVRO-2020 : Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletlərinin satışı başlayır
Bu gündən başlayaraq AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.
Bildirək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq:
12 iyunda Uels – İsveçrə (saat 17:00-da),
16 iyunda Türkiyə – Uels (saat 20:00),
20 iyunda Türkiyə – İsveçrə (saat 20:00)
4-cü oyun – 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması isə saat 20:00-da start götürəcək.
Azarkeşlər biletləri 6 müxtəlif satış məntəqəsində əldə edə bilərlər:
Köşk №1 (M.Rəsulzadə 3., Bakı),
Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı),
Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı),
1 saylı “ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı),
2 saylı “ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı),
3 saylı “ASAN xidmət” mərkəzidə (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı)
Fanatlar biletləri eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də ala bilərlər.
Biletlərin qiymətləri üç kateqoriya üzrə dəyişir:
1-ci kateqoriya – 250 AZN,
2-ci kateqoriya – 150 AZN,
3-cü kateqoriya – 60 AZN.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə – Uels (saat 20:00), 20 iyunda Türkiyə – İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.