Avtobus Nadir Qafarzadənin avtomobilini vurub

Müğənni Nadir Qafarzadə ağır avtomobil qəzası keçirib.

Reallıq Tv. xəbər verir ki, bu haqda sənətçi “Şourum” proqramına müsahibəsi zamanı bildirib. İfaçı paytaxtdakı avtobuslardan birinin onun avtomobilini vurduğunu deyib:

“Sol yoldan sağa keçəndə avtobus gəldi və avtombilimi arxadan vurdu. Maşınım yerinə fırlandı. Həyat yoldaşım da, uşaqlar da qışqırmağa başladılar. Gördüm avtomobilim xeyli ziyan çəkib. Amma şükür, uşaqlarıma heç nə olmadı.

Həyat yoldaşım çox qorxmuşdu. 3-4 gün sonra mənə polisdən zəng vurdular ki, cərimələnmisən. Getdim avtobusun da cəriməsini ödədim”.