Avtobuslarda gedişhaqqı ilə bağlı açıqlama
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova avtobuslarda qiymətlərlə bağlı açıqlamasında deyib:
“Avtobuslarda qiymətlər dəyişməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə, eyni tariflər keçərli olacaq.
Nuridə Allahyarova deyib ki, biletlərin əldə edilməsi üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin avtovagzal.az saytından onlayn bilet əldə etmək imkanları var. Bundan yararlanmaqla kassaların qarşısında növbələrin yaranmasının qarşısını almaq mümkündür.