Azərbaycan HDQ-nin gəmi heyətləri döyüş atışları yerinə yetirib
2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları yerinə yetirib.
Müdafiə nazirliyindən Realliq. TV – yə bildirilib ki, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.