Azərbaycan ordusu “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak edəcək
Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.
Realliq.TV Müdafiə nazirliyindən aldığı xəbərdə bildirir ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.
Təlim iyunun 4-dək davam edəcək.