Azərbaycan ordusu düz xətlə göldən 5 kilometr aralıdadır – Erməni politoloq Qagik Hambaryan
Erməni politoloq Qagik Hambaryan feysbuk səhifəsində bildirib ki, Azərbaycan Teleqram kanalları video yayır. Yayılan görüntülərdə Göyçə gölünün yaxınlığındakı yüksəkliklərdə olduqları görünür. Onlar düz xətlə göldən 5 kilometr aralıdadırlar.
“Bu, Ermənistan üçün fəlakətdir. Xain Nikol ərazilərimizin rəqib ölkəyə hədiyyə edilməsi ilə məşğuldur. Niyə əsgərlərimiz vaxtında bu yüksəkliklərdə möhkəmlənməmişdilər?
Müdafiə Nazirliyinin açıqlamalarını gözləyirik”, – deyə Qagik Hambaryan yazıb.