Azərbaycan ordusu yeni mövqedə qərarlaşıb- erməni mətbuatından iddia

Ermənistan mətbuatının yaydığına görə , hərbçilərimiz Qut kəndindən 6 kilometr məsafədə yerləşən yüksəklikdə mövqe tutublar.

Bildirək ki, Qut kəndi Ermənistanla təmas nöqtəsindəki  Aşağı Qaranlıq ( ermənillər Geqarkunik adlandırır- red ) vilayətində yerləşir.

Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponim məkan mənası bildirən –lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə –lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.

Onu da qeyd edək ki, ermənilərin idia etdiyi kimi, o ərazilər heç də müasir Ermənistanın tərkibinə daxil deyil. İşğaldan öncəyə qadər Azərbaycan ərazisi olub. Hazırda Azərbaycan ordusu ölkəsinin sınırlarını bərpa edir.