Azərbaycan ordusu Zəngəzura doğru hərəkətə keçdi
Ermənistan mediasında yayılan məlumata görə Azərbaycan ordusu Zəngəzur istiqamətində irəliləyib. Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.
Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.
Bundan başqa, erməni mətbuatında Qarakilsə (dəyişdirilmiş adı Sisiyan) rayonunun Qızılcıq ( İşxanasa ) kəndi istiqamətində döyüşlərin getdiyi barədə də məlumat yayılıb. Ermənistan MN isə bu məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.