Azərbaycan Premyer Liqası: “Sumqayıt” bürünc medalın sahibi bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün sonuncu – XXVIII turunuda “Sumqayıt”  səfərdə  “Səbail”i  məğlub edər’k xallarını 39-a çatdır;b v’  mövsümü 3-cü pillədə bitirib.

“Sumqayıt” 2021/2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

“Zirə” isə səfərdə “Sabah”a 1:2 hesabı ilə uduzub. Bu nəticə ilə 38 xalda qalan “Zirə” 4-cü olub. “Sabah” isə 29 xalla 5-ci pillədəki mövqeyini qoruyub.

Son tur autsayderin də adına aydınlıq gətirib. Evdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gələn “Keşlə” sonuncu pillədən xilas olub. “Səbail” mövsümü son sırada başa vurub.