“Azərbaycan qoşunları Sünik (Zəngəzur) bölgəsində varlığını genişləndirir” – “Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan
“Dirçələn Ermənistan” partiyasının lideri Vahe Akopyan mediaya açıqlamasında bildirib ki, Azərbaycan qoşunları Sünik (Zəngəzur) bölgəsindəki varlığını genişləndirir.
Akopyan Azərbaycan hərbi qüvvələrinin Cermuk rayonunun Qoryak kəndi (Dərələyəz) istiqamətində mövqelərini gücləndirdiyini, irəlilədiyini də iddia edib.
Onun fikrincə, Ermənistan hakimiyyəti və Müdafiə Nazirliyi vəziyyətə nəzarəti tədricən itirir:
“Məsələni artıq bizim baxımdan hərbi yolla həll etmək mümkün kimi görünmür. Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Mən də Azərbaycan Silahlı Qüvvələrinin mindən çox əsgərinin bölgədə olduğunu təsdiqləməyə davam edirəm, indi orada yerləşdirilib”.