Azərbaycan Qran-prisinin proqramı açıqlanıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin proqramı açıqlanıb.

Realliq.TV bildirir ki, iyunun 4-də start götürəcək mövsümün 6-cı mərhələsi “Formula-2” pilotlarının yarışı ilə başlayacaq.

Onlar sərbəst yürüşə saat 10:25-də çıxacaqlar. Həmin gün “Formula-1” komandalarının da sərbəst yürüşləri olacaq. İyunun 4-də “Formula-2”də sıralama yarışı da nəzərdə tutulub.

Ertəsi gün “Formula-2” pilotlarının mübarizəsi sprint yarışları ilə başa çatacaq. Həmçinin “Formula-1”də sıralama yarışı də təşkil olunacaq.

Azərbaycan Qran-prisi iyunun 6-da keçiriləcək. Günə pilotların təqdimatı ilə start veriləcək. Daha sonra Dövlət Himnimiz səslənəcək və saat 16:00-da mərhələ başlayacaq. 2 saatın yekununda Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.