Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər müəyyənləşdi

  Nazirlər Kabinetinin 146 №-li qərarına dair  “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

      Realliq.TV bildirir ki, Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

      Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunmuşdur.

     Bu təqaüdün verilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

  – əmək kitabçasının surəti;

  – fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.