Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev   Ağdama gedib.

Realliq.TV bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda bir sıra  tədbirlərdə-  Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının ,  Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirak edib. 

Prezident Ağdama səfəri çərçivəsində  Şahbulaq qalasında , Qiyaslı məscidində və Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.