Azərbaycanda gənc oğlan kolbasaya “siçan dərmanı” qataraq intihara cəhd etdi
Gəncədə kişi kirayə qaldığı mənzildə intihara cəhd edib.
Reallıq Tv. xəbər verir ki, Tovuz rayon sakini, 2006-cı il təvəllüdlü İ.Həsənli Gəncə şəhərində kirayə yaşadığı evdə intihar etmək məqsədi ilə kolbasanın üzərinə “siçan dərmanı” (sink-fosfit) yaxaraq yeyib.
Hazırda intihara cəhd edən şəxsin vəziyyəti normaldır.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.