Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişir?
Ermənistanın “Hraparak” qəzeti Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırıla biləcəyi haqqında iddia ilə çıxış edib.
Realliq.tv bildirir ki, “Hraparak” qəzetinin yazdığına görə, Muradovu bu vəzifədə Cənub Hərb Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyev əvəz edəcək.
Qəzet onu da qeyd edib ki, Avdeyev bu gün Xankədi şəhərinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri aparılacaq.
Bildirək ki, Aleksey Avdeyev Özbəkistanın paytaxtı Daşkənddə doğulub.
Biz isə Qarabağı tezliklə russuz və haysız ( ermənisiz-red. ) görəcəyimiz günləri gözləyirik.