Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək- erməni mətbuatı

Ermənilərin “Qraparak” qəzeti yaydığı məlumata görə, Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək.

Bununla əlaqədar olaraq Qaragöl Azərbaycan Ordusunun hədəflərindən biridir. Burada artıq təxminən 1000-ə yaxın Azərbaycan hərbçisi yerləşib”, – deyə məlumatda iddia edilib.

Qəzet Azərbaycanın artıq dəhlizin tikintisi üçün qrunt yolun çəkilişinə başladığını da vurğulayıb.