Azarkeşlər dünya çempionatının simvoluna Hitlerin bığını çəkdilər – VİDEO

Sərxoş ukraynalı azarkeşlər Qətərdə keçirilən dünya çempionatının simvolunu təhqir ediblər. Belə ki, gənclər 2022-ci il dünya çempionatının simvolu olan Laibin təsvirinə Hitlerin bığını əlavə ediblər, bundan başqa, təhqiredici nasist şüarı yazıblar.

Yerli sakinlər bunu zarafat kimi qəbul etməyərək polisə xəbər veriblər.

Qayda pozanlar artıq saxlanılıblar.