Bakı Nəqliyyat Agentliyindən sürücülərə xəbərdarlıq

      Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

      Bu barədə Realliq.tv – yə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

   Qeyd edilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.