Bakı-Quba yolunda minik və yük maşınları toqquşub, 3 nəfər ölüb

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 68-ci km-də qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.