Bakı – Samara aviareys uçuşları bərpa edilir

    Rusiyanın “İrAero” aviaşirkəti tərəfindən may ayının 19-dan etibarən Bakıdan Rusiyanın Samara şəhərinə müntəzəm uçuşlara başlanılacaq.

     “İrAero” aviaşirkəti tərəfindən “Superjet 100” tipli təyyarə ilə hər həftə çərşənbə axşamı günü həyata keçiriləcək uçuşların müddəti 1 saat 50 dəqiqə olacaq.