Bakıda gənc oğlan bibisini bıçaqlayıb

Bakıda 21 yaşlı gənc bibisini bıçaqlayıb.

Reallıq Tv. xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Yusif Hüseynzadə münaqişə zəminində bibisi, 1986-cı il təvəllüdlü Xəyalə Hüseynovaya 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, Yusif Hüseynzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.