Bakıda İran casus şəbəkəsi ifşa edildi: 7 nəfər saxlandı
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib, saxlanılanlar var.
Realliq.tv Report-a istinadla xəbər verir ki, əməliyyat “SalamNews” informasiya agentliyi və “İnteraz”da da keçirilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.